Xidmət Haqqında

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 07 yanvar tarixli 196-V FR nömrəli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti yaradılmışdır.

Xidmətin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

- istehlakçıların hüquqlarının və qanuni maraqlarının qorunması, istehlak mallarının (işlərin, xidmətlərin) keyfiyyətinin təmin olunması sahəsində aidiyyəti dövlət orqanları ilə birlikdə dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək, eləcə də ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində norma və qaydalara riayət olunmasına, istehlak bazarında malların (işlərin, xidmətlərin) keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək;

- standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə olunması, ixtiralara, faydalı modellərə, sənaye nümunələrinə, əmtəə nişanlarına və coğrafi göstəricilərə hüquqlar sahəsində dövlət siyasətinin aidiyyəti dövlət orqanları ilə birlikdə həyata keçirilməsini təmin etmək;

- reklam (açıq məkanda reklam istisna olmaqla) fəaliyyətinə dövlət nəzarətini həyata keçirmək;

- sənaye mülkiyyəti obyektlərinin qorunmasını və hüquqlarının həyata keçirilməsini təmin etmək, onların mənimsənilməsinin və onlardan istifadə ilə bağlı hüquqların pozulmasının qarşısını almaq və bununla bağlı müvafiq tədbirlər görmək;

Naxçıvan Muxtar Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin inzibati binası 2017-ci ilin 28 avqust tarixində istifadəyə verilmişdir Xidmətin inzibati binası zirzəmi qatı ilə birlikdə 5 mərtəbədən ibarətdir. Binada 56 iş otağı, akt zalı, 2 laboratoriya, reyestr saxlanc otağı, kitabxana, arxiv, təlim-treninq otağı, ölçmə vasitələrini yoxlama otaqları, standartlar üzrə informasiya otağı, standart və patent fondu, eləcə də mətbəə və yeməkxana yerləşir. Laboratoriyalarda elektrik, təbii qaz və su sayğaclarının yoxlanılması, eləcə də təzyiq, temperatur, çəki və həcm ölçmə vasitələrinin kalibrlənməsi üzrə çoxfunksiyalı avadanlıqlar quraşdırılmışdır....