Xəbərlər
Naxçıvanda Sahibkarlar Günü münasibətilə görüş keçirilib

Aprelin 30-da Naxçıvanda “Sahibkarlar Günü: Naxçıvan Muxtar Respublikasının ixrac perspektivləri” mövzusunda tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət edib, Ulu Öndərin xatirəsinə ehtiramlarını bildiriblər. Naxçıvan şəhərindəki Biznes Mərkəzində davam etdirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Naxçıvan Muxtar Respublikasında Azər…

Ardını oxu
Naxçıvanda ixrac olunan mallara verilən mənşə sertifikatlarının sayı artıb.

Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə 84 mənşə sertifikatı verilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,5 faiz çoxdur. Hesabat dövründə verilən mənşə sertifikatların 54,8 faizini CT-1 formalı mənşə sertifikatı, 45,2 faizini isə “Ümumi” formalı mənşə sertifikatı təşkil edib.

Ardını oxu
Tələbələr Naxçıvan Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində istehsalat təcrübəsi keçirlər.

“Naxçıvan” Universitetinin İqtisadiyyat və İdarəetmə fakültələrinin qiyabi şöbəsinin V kurs tələbələri Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində istehsalat təcrübəsi keçirlər. Təcrübə müddətində tələbələr xidmətin müxtəlif struktur bölmələrinin işi ilə yaxından tanışlıq imkanı əldə ediblər. Slayd vasitəsi ilə tələbələrə nəzəri biliklərinin artırılması məqsədilə ölkə üzrə qəbul olunmuş dövlət standartları iza…

Ardını oxu
İqtisadiyyat Nazirliyində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, həmçinin müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları, tələbələr iştirak ediblər. Tədbird…

Ardını oxu
Naxçıvanda özəlləşdirmədən daxilolmalar 16 dəfə artıb

Dövlət əmlakının özəlləşdirilməsi sahəsində işlər davam edir. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-mart ayları ərzində 1 dövlət müəssisəsi, 2 dövlət müəssisəsinin balansında olan 61 qeyri-yaşayış sahəsi və dövlət mülkiyyətində olan 1mehmanxana binası torpaq sahəsi ilə birlikdə özəlləşdirilib. 2024-cü ilin yanvar-mart ayları ərzində dövlət büdcəsinə daxilolmalar 648,3 min manat olub ki, bu da ötən ilin eyni dö…

Ardını oxu
Naxçıvan Biznes Mərkəzində sahibkarlarla görüş keçirilib

Sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, qablaşdırma və tara müəssisəsinin yaradılmasının təşviqi məsələləri müzakirə olunub. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Biznes Mərkəzində Naxçıvan şəhərində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Görüşdə İqtisadiyyat Nazirliyinin, Sahibkarlığın İnkişafı Fondunun, Kapital Bank və Azərbaycan Beynəlxalq Bank Açıq Səhmdar Cəmiyyətlərinin Naxçıvan filiallar…

Ardını oxu
AİB-lə potensial əməkdaşlıq istiqamətləri müzakirə edilib

İqtisadiyyat Nazirliyində Asiya İnkişaf Bankının rəsmisi ilə görüşdə iqlim dəyişikliyi ilə mübarizə üçün potensial maliyyələşmə imkanları, AİB-in COP29 çərçivəsində fəaliyyət və qlobal iqlim siyasəti sahəsində plan layihəsi və mümkün tərəfdaşlıq istiqamətləri müzakirə edilib. İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya Departamentinin baş direktoru Yevgeni Jukovla görüşüb. İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan və AİB arasında səmərəli…

Ardını oxu
İqtisadiyyat naziri Yaponiya səfiri ilə görüşüb

Yaponiya ilə iqtisadi əlaqələrin inkişafı, o cümlədən bu ölkənin şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. İqtisadiyyat naziri Mikayıl Cabbarov Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe ilə görüşüb. Görüşdə ölkəmizin Yaponiya ilə əməkdaşlığın inkişafına önəm verdiyi vurğulanıb. Qeyd olunub ki, rəqəmsal iqtisadiyyat və dördüncü sənaye inqilabı texnologiyalarının tətbiqi, enerji və digər sahələrdə tərəfdaşlığın inkişafı priorite…

Ardını oxu
Sankt-Peterburqla əməkdaşlıq genişləndirilir

İqtisadiyyat naziri Mikayıl Cabbarovun ölkəmizdə səfərdə olan Sankt-Peterburq nümayəndə heyəti ilə görüşündə, Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında Hökumətlərarası Komissiyanın 4-cü iclasında tərəfdaşlığın inkişafı məsələləri müzakirə olunub, bir sıra sənədlər imzalanıb. İqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiyanın Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlovla görüşüb. Görüşdə Azərbaycan və Rusiya dövlət başçılarının davaml…

Ardını oxu
Türk şirkətlərinin nümayəndələri ilə görüş keçirilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Koç Holdinq”in Baş maliyyə direktoru Polat Şen, səhiyyə üzrə baş direktoru Erhan Bulutçu və “Aksoy Holdinq”in baş direktoru Batu Aksoyla görüşüb. Görüşdə Azərbaycan-Türkiyə birliyi və uğurlu iqtisadi tərəfdaşlıq platformasının birgə təşəbbüslərin reallaşdırılması nəticəsində yeni məzmunlarla zənginləşdiyi diqqətə çatdırılıb. Türkiyənin “Koç Holding” və “Aksoy Holding” şirkətləri ilə ölkəmizdə investisiya layihələrinin həyata keçirilməsi imkanları və əmək…

Ardını oxu
BMT-nin İnkişaf Proqramı çərçivəsində tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıb

BMT nümayəndəsi Alessandra Rokkasalvo ilə görüşdə dayanıqlı inkişaf üçün maliyyələşmə mexanizmləri, COP29-la bağlı potensial tərəfdaşlıq və digər məsələlər müzakirə olunub. İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo ilə görüşüb. Görüşdə iqtisadiyyat naziri ölkəmizin BMT və onun təşkilatları ilə əməkdaşlığa önəm verdiyini vurğulayıb. Azərbaycan iqtisadiyyatının in…

Ardını oxu
Azərbaycan-İraq əlaqələrinin inkişafı müzakirə olunub

İraq Respublikasının Baş naziri Məhəmməd Şiya əs-Sudani Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. İraqın Azərbaycanla əlaqələrin möhkəmlənməsində maraqlı olduğu bildirilib. Azərbaycan-İraq əlaqələrinin hər iki ölkənin dövlət başçılarının birgə səyləri ilə yaradılmış dostluq münasibətləri əsasında inkişaf etdiyi qeyd olunub. Qəbulda ticarət, investisiya, turizm, nəqliyyat, eləcə də iki ölkə üçün mühüm sahələr üzrə tərəfdaşlıq əməkda…

Ardını oxu