Uyğunluğun qiymətləndirilməsi üzrə akkreditasiya şöbəsi

Uyğunluğun qiymətləndirilməsi üzrə akkreditasiya şöbəsi aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

- muxtar respublikada uyğunluğun qiymətləndirilməsi üzrə akkreditasiya sahəsində prinsip və qaydaların tətbiq olunması və onlara riayət edilməsi istiqamətində tədbirlər görmək;

- uyğunluğu qiymətləndirən qurumların akkreditasiyasını həyata keçirmək;

- akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumların fəaliyyətinə inspeksiya nəzarətini həyata keçirmək;

- uyğunluğun qiymətləndirilməsi üzrə akkreditasiya sahəsində dövlət siyasətinin hazırlanmasında, normativ hüquqi bazanın təkmilləşdirilməsində və prioritet istiqamətlərin müəyyənləşdirilməsində iştirak etmək;

- istehlakçıların qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması, insanların həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükə törədə biləcək məhsulların istehsalı və idxalının qarşısının alınması məqsədilə malların (işlərin, xidmətlərin) standartlaşdırma üzrə normativ sənədlərin tələblərinə uyğunluğunu təsdiq edən sertifikatı tərtib etmək;

- malların (işlərin, xidmətlərin) konkret standarta və digər normativ sənədə uyğunluğuna zəruri əminliyi təmin edən, sertifikatlaşdırma sisteminin qaydalarına uyğun verilən və tətbiq edilən, müəyyən olunmuş qaydada müdafiə olunan “Uyğunluq nişanı”nın verilməsi üçün tədbirlər görmək;

- müvafiq sahənin inkişafını təmin etmək məqsədilə tədbirlər görmək;

- qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.