Metrologiya sektoru

Metrologiya şöbəsi aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

- ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində fundamental, tətbiqi, elmi, eksperimental işlər aparmaq, bu sahədə elmi-texniki fəaliyyəti həyata keçirmək;

- muxtar respublikaya idxal olunan ölçmə vasitələrinin tipə uyğunluğun təsdiqinin tanınması məqsədilə təqdim olunan sənədlərin metroloji ekspertizasını keçirmək;

- muxtar respublika ərazisində ölçmələrin vəhdətinin təmin edilməsi məqsədilə tədbirlər həyata keçirmək;

- muxtar respublika ərazisində ölçmə vasitələrinin istehsalına, idxalına, bazarda yerləşdirilməsinə və istismarına, həmçinin çəkilib (ölçülüb) qablaşdırılmış mallara dövlət metrоlоji nəzarətini həyata keçirmək;

-  müvafiq sahənin inkişafının təmin edilməsi istiqamətində lazımi tədbirlər görmək;

- qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.